FTL

Etibarlı Logistika Şirkəti

FTL

Yüklərinizin hər mərhələsini izləyən, marşrutları optimallaşdıran və riskləri minimuma endirən komandamızla daşımaların idarə olunmasını daha asan edirik.

FTL haqqında

Biz FTL olaraq, şirkətlərin yükdaşımada etibarlı və dayanıqlı tərəfdaşıyıq

FTL istehsalçı və distribütorlar üçün dəqiq planlaşdırılmış daşınma həlləri təqdim edir. Komandamız yüklərin marşrutunun hazırlanmasından real vaxtda izlənməsinə qədər hər mərhələni nəzarətdə saxlayır və maksimal etibarlılıq təmin edir.

Mürəkkəb logistik tələblərdə belə operativ və ölçülə bilən nəticələr təqdim edirik. Effektivlik, innovasiya və təhlükəsizlik prinsipləri FTL-in uzunmüddətli əməkdaşlığa əsaslanan xidmət modelini formalaşdırır.

Image

Missiyamız

Müştərilərə yükdaşımada dəqiq, təhlükəsiz və planlı həllər təqdim edərək biznes proseslərini daha səmərəli etmək.

Vizyonumuz

Regionda innovasiya və etibarlılıq üzrə lider lojistik tərəfdaşa çevrilmək, şirkətlərə davamlı inkişaf imkanı yaratmaq.

Biznesin sabahını formalaşdıran etibarlı logistika komandasıyıq

Yükdaşıma proseslərini daha dəqiq, daha təhlükəsiz və daha operativ etmək üçün innovasiyaları real həllərə çeviririk.

0
Daşımaların sayı
0
Müştəri məmnuniyyəti

Əsas Dəyərlərimiz

Uğurumuzun və etibarlı tərəfdaşlığımızın təməli

Etibarlılıq

Etibarlılıq

Biz yüklərinizə öz yüklərimiz kimi yanaşırıq. Hər mərhələdə dəqiqlik və şəffaf nəzarət təmin edirik. Etibarlı xidmətimiz sayəsində çatdırılma daim stabil və təhlükəsiz olur.

Keyfiyyət

Keyfiyyət

Daşınmanın bütün mərhələlərini dəqiq planlaşdırırıq. Yükün təhlükəsizliyini və vaxtında təhvilini təmin edirik. Fərdi yanaşmamız ən çətin tapşırıqları belə asanlaşdırır.

İnnovasiya

İnnovasiya

Logistika proseslərini daim təkmilləşdirir və yeni həllər tətbiq edirik. Real vaxt izləmə və optimallaşdırılmış marşrutlar sayəsində əməliyyatlar daha dəqiq və etibarlı olur.

Logistika prosesimiz

Müştərilərimiz üçün yükdaşımanı sadə, dəqiq və idarəolunan etmək üçün bütün mərhələlər sistemli şəkildə planlaşdırılır. Prosessimiz təhlükəsizlik, şəffaflıq və vaxtında çatdırılma üzərində qurulub.

01

Sorğu və Yükün Qiymətləndirilməsi

Müştərinin tələbləri, yükün növü, həcmi və çatdırılma ünvanı dəqiq analiz olunur. Ən uyğun daşıma modeli seçmək üçün bütün detallar toplanır.

02

Marşrut və Həllin Planlaşdırılması

Yükün təhlükəsizliyi, vaxtında təhvili və optimal xərc üçün ən uyğun marşrut hazırlanır.
Əməkdaşlıq etdiyimiz bölgələr:
Avropa, Türkiyə, İran, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və digər istiqamətlər.

03

Daşımanın İcrası və Nəzarət

Yük real vaxt rejimində izlənir. Daşımanın bütün mərhələləri nəzarətdə saxlanılır, mümkün gecikmələrin qarşısı alır. Müştəriyə operativ məlumat verilir.

04

Çatdırılma və Hesabat

Yük təhvil ünvanında təhlükəsiz şəkildə təqdim edilir. Çatdırılmadan sonra hesabat hazırlanır və proses tam şəkildə yekunlaşdırılır.

Image
Image
Image
Image
Image