Su nəqliyyatı ilə daşınma dünya miqyasında yüklərin səmərəli və etibarlı çatdırılmasını təmin etməklə, dünya logistikasının mühüm və əlaqələndirici zəncirini təşkil edir. Dəniz və çay nəqliyyatı xammal, hazır məhsullar və konteynerlər də daxil olmaqla, böyük həcmli malların daşınmasına səmərəli imkan yaradır.
Su yolu ilə daşınmanın əsas üstünlüklərindən biri onuın kütləvi yüklər üçün iqtisadi baxımdan səmərəliliyidir. Gəmilərin ağır yükgötürmə qabiliyyəti sayəsində yük vahidi üçün çatdırılma qiymətlərində endirim edilə bilər.
Su nəqliyyatı, həmçinin, digər nəqliyyat növlərinin getməsinin çətinləşə biləcəyi uzaq və əlçatmaz bölgələrə giriş imkanını təmin edir. Bu, xüsusilə, okeanlar və dənizlər arasındakı ticarət yolları üçün əhəmiyyət kəsb edir.
Müasir texnologiyalar su yolu ilə yüklərin daşınması prosesində yüklərin səmərəli idarə olunmasına və monitorinqinə imkan yaradır. İzləmə və nəzarət sistemləri çatdırılma prosesində şəffaflığı təmin edir və ləngimələrin qarşısını alır.
Beləliklə, su yolu ilə yüklərin daşınması dünya ticarətində və iqtisadiyyatında mühüm amil olaraq qalmaqda davam edir və beynəlxalq səviyyədə uzunmüddətli və genişmiqyaslı yük daşımalarının uğurla yerinə yetirilməsini təmin edir.